Sensasiya: ABŞ Putinə 18 il gecikmiş cavabı verdi


ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışına gecikmiş cavab kimi qiymətləndirilib.

Turkustan.az xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası tərəfindən təsdiqlənən strategiya Putinin çoxqütblü dünya konsepsiyasına yaxın mövqeləri əks etdirir.

Qəzet bildirir ki, sənəd Kremlin əsas tələblərindən bəzilərini, o cümlədən NATO-nun qeyri-müəyyən müddətə genişlənməsinin dayandırılmasını faktiki olaraq qəbul edir.

Xatırladaq ki, Vladimir Putin Münhen konfransındakı çıxışında Qərbin birqütblü dünya qurmaq təşəbbüslərini tənqid etmiş, NATO-nun şərqə doğru genişlənməsinin təhlükəli nəticələrə gətirib çıxara biləcəyini vurğulamışdı. O zaman Rusiya lideri çoxqütblülüyün beynəlxalq təhlükəsizlik üçün əsas prinsip olduğunu bəyan etmişdi. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ