Afrika ölkəsi Benin bu gün uğursuz dövlət çevrilişi cəhdi ilə sarsılıb.
Turkustan.az xəbər verir ki, özlərini “Yenidənqurma üzrə Hərbi Komitə” (CMR) adlandıran bir qrup əsgər milli televiziyanı ələ keçirərək hökumətin buraxıldığını və prezident Patris Talonun vəzifədən uzaqlaşdırıldığını elan edib. Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri səfərbər olunub.
Beninin daxili işlər naziri Alassane Seidou açıqlamasında silahlı qüvvələrin çevriliş cəhdinin qarşısının tam şəkildə alındığını bildirib. “Azsaylı hərbçi ölkədə və dövlət institutlarında sabitliyi pozmaq məqsədilə qiyama cəhd göstərdi. Benin Silahlı Qüvvələri və komandanlıq vəziyyətə nəzarəti ələ alaraq cəhdin qarşısını uğurla aldı”, – nazir qeyd edib.
Aytən Yaşar/ Turkustan.az