Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyində yüksək vəzifəli bürokrat olan Manal Radvan açıqlama verib.
Turkustan.az xəbər verir ki, Radvan Fələstin Administrasiyasının islahatları barədə danışaraq qeyd edib:
“Fələstinlilər son 30 ildə islahatlar həyata keçirirlər. Prezident Mahmud Abbas da fələstinlilər üçün faydalı olacağına inandığı əhatəli islahat planını irəli sürüb".
Manal Radvan, Səudiyyə Ərəbistanının bu planı dəstəklədiyini vurğulayaraq deyib:
“Səudiyyə Ərəbistanı, şübhəsiz ki, bu məsələ ilə bağlı öz öhdəliyinə sadiqdir. Biz islahat planını dəstəkləmək üçün hər gün Fələstin Muxtariyyəti ilə əməkdaşlıq edirik. Bununla belə, davamlı sülh və təhlükəsizliyə nail olmaq, münaqişəni sona çatdırmaq, Prezident Trampın 20 bəndlik sülh planını həyata keçirmək və İsrail hökumətinin yenidən qurulmasını təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının yenidən formalaşdırılmasına ehtiyac var.”
Aytən Yaşar/ Turkustan.az