Tom Barak: İsrail Suriyaya hələ etibar etmir


ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, 1946-cı ildən sonra “ABŞ-ın müdaxilə etdiyi hər vəziyyətdə təxminən 93 çevriliş və ya rejim dəyişikliyi baş verib”.

Turkustan.az xəbər verir ki, Barak Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Milken İnstitutunun təşkil etdiyi konfrans çərçivəsində “The National” qəzetinə müsahibə verib.

ABŞ-ın 2003-cü ildə İraqda yaratdığı nizamı dəyərləndirən Barak qeyd edib: “3 trilyon dollara yaxın investisiya, 20 illik fəlakət tarixi və yüz minlərlə insanın ölümü… Nəticədə heç nə qalmadı”.

O, İraqın şimalındakı qrupların yeni dövlət quruluşuna inteqrasiya olmaq istəməməsi səbəbindən federal modelin tətbiq edildiyini bildirib.

Barak əlavə edib:
“Suriyada da eyni şeyi etdik. SDQ bir növ YPG və ya PKK kimidir — qoy bir-birləri ilə məşğul olsunlar. Niyə? Çünki daha asan görünürdü. Onlar muxtar ola bilər, öz mədəniyyətləri, dilləri, məktəbləri, hətta yerli orduları belə ola bilər. Problem ondadır ki, proses Yuqoslaviya kimi balkanlaşmaya gətirib çıxarır. Biz orada da eyni şəkildə federal modeli razılaşdırdıq. ‘Gəlin yeddi yerə bölək’ dedik. Bu, cəmi bir nanosaniyə çəkdi — və onlar dərhal bir-biri ilə döyüşməyə başladılar”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ