İyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara əsasən, müharibədə həyatını itirən 1212 əsgərin cənazəsinin Ukraynaya qaytarıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin Telegram hesabından edilən yazılı açıqlamada, Rusiya ilə mübadilə çərçivəsində müharibədə həyatını itirən 1212 Ukrayna əsgərinin cənazəsinin qəbul edildiyi bildirilib.
Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Rusiyanın Kursk vilayətində baş verən qarşıdurmalarda həyatını itirən əsgərlərin cənazələrinin ölkəyə gətirildiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ukraynanın müvafiq bölmələrinin cənazələrin qaytarılmasında mühüm töhfələr verdiyi bildirilib.
Açıqlamada həlak olan əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ən qısa zamanda səylərin göstəriləcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az