Trampın çağırışına Putin 315 “Şahid”lə cavab verdi


Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 10-na keçən gecə Rusiyanın Ukraynaya hücumunun nəticələrini əks etdirən təsirli fotolar dərc edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.

Zelenski paylaşımında ABŞ və Avropanı sülhün bərqərar olması üçün Moskvaya sərt təzyiq göstərməyə çağırıb:

“Rusiyanın raket və “Şahid” zərbələri ABŞ və dünyanın digər ölkələrinin Moskvanı sülhə məcbur etmək cəhdlərindən daha güclüdür. Artıq bir neçə gecədir ki, atəşkəs əvəzinə “Şahid”lər, qanadlı və ballistik raketlərin kütləvi zərbəsi var. Bu gün Kiyevə ən böyük hücumlardan biri olub. Odessa, Dnepr və Çerniqov vilayətləri də hədəfə alınıb”.

Ukrayna prezidenti vurğulayıb ki, həmin gecə hücumda ruslar 250-si “Şahid” olmaqla 315 ədəd PUA-dan və 2-si Şimali Koreya istehsalı olan ballistik raket olmaqla 7 raketdən istifadə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ