Ukraynanın hakim elitası tərəfindən münaqişənin uzadılması onun bitməsi üçün şəraiti daha da pisləşdirir.
Turkustan.az xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” nəşrinə İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi zəiflədikcə, Rusiyanın rəqibinin nəzarətində qalan ərazilərdən öz məqsədləri üçün istifadə etmək imkanları getdikcə azalacaq.
Ekspert qeyd edib ki, hazırda Rusiya Federasiyası Ukraynanı 5 regionun “ilhaq”ından sonra müəyyən edilən sərhədlər çərçivəsində qoruyub saxlamağa hazırdır, lakin gələcəkdə Kiyevin fəaliyyət qabiliyyəti, xüsusən də Rusiya qoşunlarının Nikolayev və Odessa vilayətlərinə daxil olacağı təqdirdə, aşağı düşməkdə davam edəcək.
Politoloq əmin olduğunu bildirib ki, bu regionların itirilməsi Ukrayna üçün ölümcül olacaq, onu dəniz yolu ilə lazımi resursları almaq imkanından məhrum edəcək. Kedmi vurğulayıb ki, son illərdə Ukrayna Silahlı Qüvvələri üçün silahların böyük hissəsi Odessa vasitəsilə çatdırılıb.
O, Rusiyanın bütün Novorossiyanı ala biləcəyini, Ukraynanın qalan ərazisinin isə ya vahid qalacağını, ya da iki yerə parçalanacağını, lakin hər ikisinin hərbsizləşdiriləcəyini və Rusiya Federasiyası üçün təhlükə yaratmayacağını proqnozlaşdırıb./publika.az