"Vəfa” İctimai Birliyi gender əsaslı zorakılığın qarşısının alınması üzrə təlimlərə start verib


“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsinin icrasına start verib.

QHT.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etməkdir.

Qeyd edək ki, sözügüdən layihənin icrası 3 ay müddətində Beyləqan, Saatlı, Gəncə, Göygöl, Zaqatalada nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ