İsrail ordusunun Qəzza zolağının cənubunda humanitar yardım istəyən fələstinlilərə atəş açması nəticəsində 27 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, İsrail ordusu humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında aclıqla mübarizə aparan dinc fələstinliləri növbəti dəfə hədəfə alıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusunun Rəfah şəhərinin Əl-Aləm yardım paylama bölgəsində humanitar yardım gözləyən fələstinliləri hədəf alması nəticəsində 27 nəfər həyatını itirib.
İsrailin hücumu nəticəsində 90-dan çox adam yaralanıb, bəzilərinin vəziyyəti olduqca ağırdır.
İsrail ordusunun Qəzzada yardım paylama mərkəzlərinə fələstinliləri hədəf alan hücumları nəticəsində ölənlərin sayı 79-a çatıb.
Son günlər onlarla insanın həyatını itirdiyi yardım məntəqələrinə hücumlarını inkar edən İsrail ordusu indi hücumu etiraf etmək məcburiyyətində qalıb.
Aytən Yaşar/ Turkustan.az