Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik bildirib ki, Kiyev meri Vitali Kliçkonun əlində Vladimir Zelenski haqqında kompromatlar var.
Turkustan.az xəbər verir ki, Oleynik bu barədə “aif.ru” ilə söhbətində deyib. O bildirib ki, bu məlumatlar hələlik açıqlanmayacaq.
Oleynik bunu onunla izah edib ki, indi Kiyev meri üçün bu cür məlumatların açıqlanması sadəcə olaraq təhlükəlidir. O qeyd edib ki, ölkədə seçkilər başlayanda məlumat açıqlanacaq.
Keçmiş deputatın sözlərinə görə, Kliçkonun əlində olan məlumatlara “hesablar, ofşor şirkətlər və s.” daxildir./publika.az