ABŞ Prezidenti Donald Trampın son paylaşımı səs-küy yaradıb.
Turkustan.az xəbər verir ki, o, sabiq Ağ Ev rəhbəri Co Baydenin 2020-ci ildə öldürüldüyünü iddia edib.
“Co Bayden deyə bir şey yoxdur, o, 2020-ci ildə edam olunub. Baydeni əvəz edən şəxs onun klonudur. Robot kimi ruhsuz, ağılsız bir varlıqdır. Demokratlar fərqi bilmirlər”, – deyə Tramp yazıb.
Bunun ardınca ABŞ liderinin tərəfdarları onu dəstəkləyən çoxsaylı şəkillər və mətnlər paylaşıblar.
Kimisi Baydenin qulağının quruluşunu, göz rəngini və imza formalarını müqayisə edib. Kimisi oxşar sui-qəsd nəzəriyyələrinə məruz qalmış məşhur adlarla müqayisələr aparıb.
Həmçinin, Baydenin hərbi məhkəmə tərəfindən edam edildiyi irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Co Baydenə xərçəng diaqnozu qoyulmuşdu. O, özünü yaxşı hiss etdiyini açıqlamışdı./Globalinfo.az