Ən ciddi döyüşlər bu ərazilərdə gedir – Zelenski


Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı xeyli sayda rus hərbçisini cəbhədə aktiv hücumlardan qoruyur.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

“Cəbhədə vəziyyət ağır olaraq qalır. Bəzi ərazilərdə Rusiyanın fəallığı artıb. Ən ciddi döyüşlər Pokrovsk, Liman və Kupyansk istiqamətlərində gedir”, – deyə Zelenski əlavə edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ