Ukrayna üçün şərait hər gün pisləşir; sülh yolu ilə nizamlanmadan imtina edərsə, Odessa, Sumı, Xarkov və bir sıra digər ərazilərsiz qalacaq.
Turkustan.az xəbər verir ki, bunu TASS-a Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov amerikalı iqtisadçı Cefri Saksın proqnozunu şərh edərkən deyib.
"Cefri Saksın Odessa ilə bağlı açıqlamasına gəlincə, o, çox təcrübəli, səriştəli, müəyyən hadisələri düzgün proqnozlaşdıra bilən insandır. Amma biz bəri başdan deyirik ki, hər gün bu münaqişənin diplomatik yolla həllinin yubanması Ukrayna üçün şəraiti daha da pisləşdirir"-deyə, parlamentari bildirib.
Onun sözlərinə görə, bu, Zelenskinin isterik rejimi özünü "zərif gənc xanım" kimi apardıqca davam edəcək. “Onlar Zaporojyesiz, Dnepropetrovsksız, Sumisiz, Xarkovsuz, Odessa və Nikolayevsiz qalacaqlar”, - deyə Kartapolov yekunlaşdırıb.
İqtisadçı və Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks bir müddət əvvəl TASS-a müsahibəsində qeyd etdi ki, Kiyev indi sülhə razı olmasa, bütün Qara dəniz sahillərini, o cümlədən Odessanı itirmək riski daşıyır.
Aytən Yaşar/ Turkustan.az