İran ABŞ müfəttişlərinə yaşıl işıq yandırdı


Paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verən İslami İran və ABŞ arasında aparılan danışıqlarda Amerika tərəfinin Tehranın uran zənginləşdirmə fəaliyyətləri ilə bağlı tələbinə toxunub.

Turkustan.az xəbər verir ki, Uranın zənginləşdirilməsi fəaliyyətlərinin İran üçün "qırmızı xətt" olduğunu ifadə edən İslami: "Bu mövqe danışıqlar zamanı həm şifahi, həm də yazılı şəkildə tam şəffaflıqla qarşı tərəfə çatdırıldı" deyib.

İranın sanksiyaların ləğvi müqabilində nüvə proqramına qoyulan məhdudiyyətləri qəbul etdiyini bildirən İslami: "İran heç bir şəkildə nüvə silahı istehsal etmək niyyətində olmadığını açıq şəkildə ifadə etdi. İranda zənginləşdirmə heç vaxt nüvə silahı istehsal etmək məqsədi ilə aparılmayacaq. Bu iki məsələ bizim qətiyyətlə qərarlı olduğumuz məsələlərdir. İran ictimaiyyətə açıq şəkildə açıqladığı planı yoxdur"-deyə, bildirib.

İslami, ABŞ-la danışıqlarda razılıq əldə olunarsa, amerikalı müfəttişlərin nüvə obyektlərini yoxlamaq üçün MAQATE tərəfindən qəbul edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verdi: "İllərdir ki, bizə qarşı düşmən və prinsipial olmayan ölkələrdən müfəttişləri qəbul etməməyə çalışdıq. Eynilə, onlar İran müfəttişlərini qəbul etmirlər, lakin İranın tələbləri qəbul olunarsa, Amerikanın hazırkı şərtləri və əldə edilmiş razılaşma əsasında yenidən razılaşacağıq. Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə yoxlamalar aparacaqlar”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ