İsrailin planı: Qəzzanın 75%-i işğal ediləcək – Görün əhali hara yerləşdiriləcək


İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağının 75%-ni işğal etmək istəyir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti IDF-nin məlumatlarına istinadən yazıb.

Nəşrin müəllifinin sözlərinə görə, sektorun mülki əhalisi qalan 25% ərazilərdə yerləşəcək.

“HƏMAS üzvlərinə qarşı yeni hücumunun bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının 75%-ni işğal etməyi planlaşdırır", - qəzet qeyd edib.

Bildirilir ki, hazırda İsrail hərbçiləri Qəzza zolağı ərazisinin təxminən 40%-nə nəzarət edirlər./publika.az


MANŞET XƏBƏRLƏRİ