Avropa İttifaqı Komissiyasının sədri Von der Leyen ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra sosial media hesabında paylaşım edib.
Turkustan.az xəbər verir ki, Trampla yaxşı görüş keçirdiyini qeyd edən von der Leyen: "AB və ABŞ dünyanın ən mühüm və yaxın ticarət əlaqələrini paylaşır" deyib.
Von der Leyen Avropanın ticarət razılaşması danışıqlarını sürətlə və qətiyyətlə irəlilətməyə hazır olduğunu qeyd edərək: "Yaxşı bir razılaşma əldə etmək üçün 9 iyula qədər vaxta ehtiyacımız olacaq" - deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az