İsrailin Qəzzaya hücumları davam edərkən, ötən gün İtaliyada fələstinlilərlə həmrəylik üçün diqqətçəkən aksiya keçirilib.
Turkustan.az xəbər verir ki, başda Milan, Florensiya və Rimini olmaqla bir çox şəhərdə meydanlara, binaların və evlərin eyvanlarına “Qəzzaya 50 min kəfən” çağırışı ilə kəfənləri təmsil edən ağ çarşaflar asılıb.
Florensiya Bələdiyyəsi də bələdiyyə binası olan tarixi Palazzo Vecchionun eyvanına ağ çarşaf asaraq aksiyaya dəstək verib.
Bəzi şəhərlərdə Fələstin tərəfdarları meydanlarda "kəfən" göstərərək nümayiş keçirib.
Aytən Yaşar/ Turkustan.az