Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 60 yaşında doqquzuncu dəfə ata olub.
Turkustan.az xəbər verir ki, Boris Conson və həyat yoldaşı Kerri Conson dördüncü övladları Poppy Eliza Jozephine adlı qızlarının dünyaya gəldiyini elan ediblər.
Xəbəri İnstaqramda bir fotoşəkillə açıqlayan Kerri Conson: "Onun nə qədər gözəl və balaca olduğuna inana bilmirəm. Özümü inanılmaz dərəcədə şanslı hiss edirəm. Hamımız ona tamamilə vurulmuşuq. Doğulduğundan bəri bir dəqiqə belə yatdığımı düşünmürəm, çünki ona baxmağı dayandıra bilmirəm".
Consonların ilk iki övladı - Wilfred və Romy Boris Johnson hələ baş nazir vəzifəsində olarkən pandemiya zamanı doğulub. Frank adlı övladı isə 2023-cü ilin iyulunda o, vəzifədən getdikdən sonra dünyaya gəlib.
Onun ikinci həyat yoldaşı Marina Uilerdən dörd övladı var.
Aytən Yaşar/ Turkustan.az