Tramp Milli Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşını işdən çıxardı - İDDİA


ABŞ prezidenti Donald Tramp administrasiyasının Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışan 100-dən çox əməkdaşını inzibati məzuniyyətə çıxararaq qurumun geniş miqyaslı yenidən qurulmasına təşəbbüs göstərdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Ağ Evdəki mənbələr CNN-ə bildiriblər ki, dünən 100-dən çox MTN əməkdaşı prezident Trampın siyasi gündəminə uyğun gəlmədiyi üçün işdən çıxarılıb.

Mənbələr sözügedən addımın dövlət katibi və müvəqqəti milli təhlükəsizlik müşaviri Marko Rubionun nəzarəti altında həyata keçirildiyini bildirərək, MTŞ dərin dövlətin mərkəzidir. Bu, Marko ilə dərin dövlət arasında bir müharibədir. Biz dərin dövləti təmizləyirik.

Mənbələr qeyd edib ki, MTN-in fəaliyyəti dayandırılmış 100-dən çox əməkdaşı müxtəlif dövlət qurumlarına köçürüləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ