Türkiyənin Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan mayın 26-27-də səfəri zamanı Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Lavrovla görüşəcək.
Turkustan.az xəbər verir ki, bundan əlavə, xarici işlər naziri Fidanın mayın 16-da İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Rusiyanın digər yüksək səviyyəli rəsmiləri, o cümlədən Rusiya nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Nazir Fidan görüşlərində bölgənin iki əsas aktoru olan Türkiyə və Rusiya arasındakı ikitərəfli əlaqələri ətraflı şəkildə müzakirə etdi; Görüşdə ticarət, enerji və turizm kimi əsas əməkdaşlıq sahələrində mövcud vəziyyətin nəzərdən keçirilməsi və atılacaq addımların qiymətləndirilməsi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az