Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı AÇIQLANDI – RƏSMİ


Azərbaycanda mədəniyyət və incəsənət nümayəndələrinə, həmçinin, jurnalist və həkimlərə də “Xalq” və ya “Əməkdar” fəxri adları verilir. Həmin şəxslərə Prezidentin təqaüdü və ya fərdi təqaüdü təqdim edilir. Yəni ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatında xüsusi xidmətlərinə görə seçilən şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi və fəxri adlara görə təqaüdləri təsis olunub.

Azərbaycan ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin qiymətləndirilməsi məqsədilə 1500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir. Təqaüd 2002-ci ildən təqdim edilir.

Ölkənin sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Xalq” fəxri adına layiq görülənlər 200, “Əməkdar” fəxri adına layiq görülənlər isə 150 manat məbləğində təqaüd alırlar.

Bəs ölkədə nə qədr “Xalq” və “Əməkdar” fəxri adı verilən şəxs var?

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il aprel ayının 1-nə olan məlumata görə, müxtəlif kateqoriyadan olan 401,5 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.


MANŞET XƏBƏRLƏRİ