Allergiyanı bir ay ərzində autolimfosit terapiyası ilə sağaltmaq mümkündür.
Turkustan.az xəbər verir ki, bunu immunoloq-allerqoloq Nadejda Logina bildirib.
Onun sözlərinə görə, bu terapiya dərman allergiyası istisna olmaqla, bütün növ allergik xəstəliklərin müalicəsində istifadə olunur.
Mütəxəssis bildirir ki, autolimfosit terapiyası kif göbələklərinə, məişət tozuna və mikrob faktorlarına qarşı, həmçinin soyuqdan və istidən yaranan allergiya növlərini uğurla müalicə edir.
“Bu üsulun mahiyyəti ondan ibarətdir ki, süni şəkildə hazırlanmış peyvəndlər əvəzinə xəstənin öz immun hüceyrələrindən – venoz qanından az miqdarda alınmış limfositlərdən istifadə olunur”./Bizim.Media