Rusiya Silahlı Qüvvələri “İskəndər” OTRK-dan istifadə edərək, Odessa limanına 100 konteyner hərbi yük daşıyan konteyner gəmisini vurub.
Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, güclü yanğın baş verib.
“Mayın 23-də “İsgəndər” OTRK ekipajları Odessa limanına hərbi texnika daşıyan konteyner gəmisinə, eləcə də limandakı konteyner anbarına qrup şəklində raket zərbəsi endiriblər”, - deyə, bildirilib. Nazirlik onu da qeyd edib ki, bu gəmidə hərbi yüklərin olduğu 100-ə yaxın konteyner aşkarlanıb. Onların arasında BEK-lər, PUA-lar və döyüş sursatları olub.
Departament qeyd edib ki, yanğın nəticəsində bu hədəflərə dəyən ziyan nəticəsində estakadaya boşaldılmış döyüş sursatı və konteynerlər ikinci dərəcəli partladılıb, həmçinin güclü yanğın baş verib.
Aytən Yaşar/ Turkustan.az