Pentaqon xəbərləri təkzib etdi: Geri çəkilmirik!


Pentaqonun sözçüsü Sean Parnell, X hesabında etdiyi şərhdə, Wall Street Journal (WSJ) qəzetində yer alan "ABŞ-ın Cənubi Koreyadan minlərlə əsgərini çıxarma planı gündəmdədir" başlıqlı xəbərin həqiqətə uyğun olmadığını ifadə etdi.

Turkustan.az xəbər verir ki, Parnell Müdafiə Nazirliyinin Cənubi Koreyada yerləşdirilən ABŞ əsgərlərinin sayını azaldacağı ilə bağlı xəbərlər doğru deyil, deyərək, ABŞ-Cənubi Koreya ittifaqının güclü olduğunu və iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Cənubi Koreya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Seul və Vaşinqton qoşunların çıxarılması ilə bağlı heç bir danışıqlar aparmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ