Rusiya İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 rus hərbçisini geri qaytarıb.
Turkustan.az xəbər verir ki, mayın 16-da İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, daha 307 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 hərbi əsiri təhvil verilib. Bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər və onlara lazımı psixoloji və tibbi yardım göstərilir. Daha sonra Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına aparılacaqlar.
“Rusiya tərəfinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək”, - deyə departamentdən əlavə edilib.
Aytən Yaşar/ Turkustan.az