Atəşkəs ümidlərini məhv edəcək addım! Putin kritik bölgəyə ordu yeritdi


İstanbulda keçirilən sülh sammitində Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq ümidləri artdıqca, tərəflərin atəşkəs elan edib-etməyəcəyi maraq doğurub.

Turkustan.az xəbər verir ki,Britaniya mətbuatı Rusiya prezidenti Vladimir Putinin yeni addımı barədə yazıb.

Böyük Britaniyada yerləşən Sky News kanalı Rusiyanın Xarkov sərhəddinə 50 min əsgər yığdığını bildirib. Ukraynalı hərbçi rus əsgərlərinin sərhəddə cəmləşdiyini və onların da bəzi hücumlar həyata keçirdiklərini bildirib. Ukrayna rəsmisi bu hücumların uğursuz olduğunu və Rusiyanın hücuma hazırlaşdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynanın Sumı Xarkov və Donetsk vilayətlərində 6 yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib. Nazirlikdən verilən açıqlamada 17-23 may tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.

Açıqlamada bildirilib ki, həftə ərzində Ukraynanın hərbi sənaye elementlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Bildirilib ki, bu hücumlarda Ukraynanın hərbi sənayesində fəaliyyət göstərən müəssisələr, hərbi hava limanı infrastruktur elementləri, silah və sursat anbarları, İHA istehsal və anbar sahələri, Ukrayna əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdiyi məntəqələr vurulub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ