Rusiya: Moskva üzərində 112 Ukrayna PUA-nı vurduq


Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Moskva başda olmaqla müxtəlif bölgələrdə Ukraynaya məxsus 112 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna ordusunun hücumları ilə bağlı nazirlikdən verilən açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin dünən saat 20:00-dan səhərə qədər Ukrayna təyyarə tipli PUA-larını məhv etdiyi qeyd edilib.

Açıqlamada 24-ü Moskvada, 88-i isə ətrafdakı 10-dan çox məntəqədə olmaqla ümumilikdə 112 PUA-nın vurulduğu bildirilib.

Digər tərəfdən, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) təyyarələrin Moskvadakı Vnukovo, Moskva yaxınlığındakı İvanovo, Kaluqa və Kostroma və Yaroslavl hava limanlarına eniş və qalxışlarının müvəqqəti olaraq dayandırıldığını, daha sonra isə yenidən başladığını açıqlayıb.

Dünən Ukrayna xüsusilə Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərə güclü pilotsuz təyyarələrlə hücumlar edib. Pilotsuz təyyarələrin hücumu səbəbindən Moskva hava limanlarında uçuşlar dayandırılıb, onlarla təyyarə gecikib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ