Kreml: Putin Kiyevin 9 May xəbərdarlığı barədə Trampa məlumat verib


Rusiya prezidenti Vladimir Putin dünənki telefon danışığında ABŞ lideri Donald Trampa Qələbə bayramı öncəsi Kreml ərazisində və Qırmızı Meydanda terror aktları təhlükəsinin qarşısının alınması barədə danışıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Putin xatırladıb ki, o vaxt Rusiya Qələbə Günü şərəfinə üç günlük atəşkəs elan edib, bu atəşkəs mayın 8-i gecə yarısından 11-i gecə yarısına qədər qüvvədə olub. Mayın 7-nə keçən gecə isə Kiyev Rusiyaya 524 pilotsuz uçuş aparatı və “Storm Shadow” raketləri atıb.

"Onların demək olar ki, hamısı vuruldu. Eyni zamanda paytaxtın mərkəzində - Kreml və Qırmızı Meydan ərazisində terror aktları təhlükəsinin qarşısı alınıb"-deyə, Uşakov Rusiya prezidentinin sözlərini xatırladıb.

Mayın 19-da Putin və Tramp Amerikanın yeni administrasiyası işə başlayandan sonra üçüncü dəfə telefonla danışıblar. Söhbət iki saatdan çox davam etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ