ABŞ Senatının Azlıq lideri Çak Şumer prezident Donald Trampın Qətərin ona hədiyyə etdiyi dəbdəbəli təyyarədən rəsmi təyyarə kimi istifadə etməsinə mane olan yeni qanun layihəsi təqdim edib.
Turkustan.az xəbər verir ki, Demokratların lideri Şumerin dünən açıqladığı "2025-ci ilin Prezidentinin Hava Nəqliyyatında Təhlükəsizliyi Aktı" adlanan qanun layihəsi xarici təyyarələrin prezident təyyarəsi kimi istifadəsini qadağan etməyi və onların çevrilməsi üçün vəsaitin istifadəsini əngəlləməyi hədəfləyir.
Şumer bildirib ki, Tramp dəfələrlə ciblərini doldurmaq üçün Amerika xalqını və prezidentlik ofisini satmağa hazır olduğunu nümayiş etdirdi.
Şumer bu təyyarənin təhlükəsiz olmasının milyardlarla dollara başa gələcəyini və heç bir dəyişikliyin tam təhlükəsizliyi təmin edə bilməyəcəyini bildirib. “Senat indi milli təhlükəsizliyimizi prioritet hesab etməli, amerikalıları qorumalı və xarici bir təyyarənin heç vaxt “Air Force One” çağırış işarəsini almamasını təmin etməlidir”.
Aytən Yaşar/ Turkustan.az