Peskov: ABŞ-ın vasitəçiliyini yüksək qiymətləndiririk


Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının bu gün Türkiyə vaxtı ilə saat 17:00-da edilməsinin planlaşdırıldığını qeyd edən Peskov görüşdə ötən həftə Türkiyənin ev sahibliyi ilə Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna danışıqlarının müzakirə ediləcəyini bildirib.

Rusiyanın Ukraynadakı məqsədlərinə siyasi diplomatik yollarla çatmağa üstünlük verdiyini vurğulayan Peskov: "ABŞ-ın vasitəçilik təşəbbüslərini yüksək qiymətləndiririk və buna görə Amerika tərəfinə minnətdarıq. Əgər bu təşəbbüslər həqiqətən sülh yolu ilə hədəflərimizə çatmağımıza kömək edərsə, bu, mütləq üstünlük olardı"-deyə, bildiirb.

Putinlə Trampın üzbəüz görüş ehtimalını dəyərləndirən Peskov bunun iki liderin qərarlarından asılı olduğunu söyləyərək, "Görüş məhsuldar və yaxşı hazırlıqlı olmalıdır" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ