Stubb: Trampın Rusiyaya qarşı səbri tükənir


Finlandiya prezidenti Alexander Stubb ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı səbrinin tükəndiyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Trampla görüşən Finlandiya prezidenti Stubb bu gün keçirilməsi planlaşdırılan Tramp-Putin görüşündən əvvəl diqqətçəkən açıqlama verib.

Amerikalı həmkarı ilə uzun müddət görüşdüyünü deyən Stubb Trampın Putinə qarşı səbrinin tükəndiyini bildirib.

Stubb həmçinin bildirib ki, zəngin necə keçəcəyindən asılı olaraq, ABŞ senatorları Lindsey Graham və Richard Blumenthal bu həftə Konqresə Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ