Rusiya və Ukrayna tezliklə atəşkəs danışıqlarına başlayacaq - Tramp


Rusiya və Ukrayna çox yaxın vaxtlarda atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq.

Turkustan.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.

"Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Düşünürəm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar"-deyə, o, "Truth Social" səhifəsində yazıb.

"Bunun şərtləri iki tərəf arasında müzakirə olunacaq, onlar danışıqların təfərrüatlarını bilirlər"-deyə, dövlət başçısı əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ