Zaxarova SƏRT DANIŞDI: "Moskva sistemli davranır, Kiyev isə..."


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ukrayna ilə bağlı məsələlərdə prinsipial və sistemli şəkildə hərəkət edir, Kiyev isə tez-tez mövqeyini dəyişir.

Turkustan.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Ən önəmlisi ölkəmizin mövqeyidir. Bu, prezident tərəfindən aydın şəkildə ifadə olunub. Rusiya bu təlimatlara əsaslanaraq ardıcıl və məntiqli davranır. Kiyev rejimi isə dəfələrlə fikrini dəyişib. İstanbul danışıqları zamanı da bu aydın görünürdü”, – deyə Zaxarova jurnalistlərə bildirib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ