DİQQƏT! Pullarınız oğurlana bilər – Gecikmədən bunu edin


“Google Chrome” brauzerində istifadəçi məlumatlarının oğurlanmasına və onlayn hesabların ələ keçirilməsinə səbəb ola biləcək ciddi bir təhlükəsizlik boşluğu aşkar edilib. Bildirilir ki, həmin boşluq hakerlərə istifadəçinin xəbəri olmadan şəxsi məlumatlara çıxış imkanı verir.

Bu proses hansı risklərə yol aça bilər? İstifadəçilər belə hallardan qorunmaq üçün nə etməlidirlər?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, “Google Chrome” brauzerində aşkarlanan təhlükəsizlik boşluğu ciddi problemdir:

“Bu, hakerlərə istifadəçilərin xəbəri olmadan onların şəxsi məlumatlarına – o cümlədən, şifrələrə, bank bilgilərinə, sosial şəbəkə hesablarına və digər onlayn resurslara çıxış imkanı yaradır. Bu da həm maliyyə itkilərinə, həm də şəxsiyyət oğurluğu kimi hallara səbəb ola bilər. Belə riskləri minimuma endirmək üçün istifadəçilər brauzer və sistem yeniləmələrinə mütəmadi nəzarət etməlidirlər. Onlar bu yeniləmələri gecikdirmədən quraşdırmalıdırlar. Eyni zamanda, əməliyyat sisteminin (Windows, macOS, Android və sair) son versiyada olduğuna əmin olmaqda fayda var”.

elvin 1

Elvin Həsənov

Mütəxəssis bildirib ki, güclü və unikal şifrələr istifadə edilməli, bir neçə hesab üçün eyni parol olmamalıdır:

“Şübhəli fəaliyyət hiss etdikdə dərhal şifrəni dəyişmək vacibdir. “Chrome”da şifrələri avtomatik yadda saxlamaq rahat olsa da, bu, təhlükəsizlik baxımından risklidir. Xüsusi parol menecerlərindən istifadə etmək, əsas hesablar üçün iki mərhələli identifikasiya (2FA) funksiyanı aktivləşdirmək tövsiyə olunur. Həmçinin, etibarsız linklərə qarşı diqqətli olmaq lazımdır. Çünki hakerlər fişinq vasitəsilə saxta səhifəyə yönləndirə və məlumatları oğurlaya bilər. Son olaraq, brauzer əlavələrini yalnız rəsmi “Chrome Web Store”dan yükləmək məsləhətdir”.


MANŞET XƏBƏRLƏRİ