Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşündən sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, görüşün informativ xarakter daşıdığını deyən Putin Ukrayna ilə bağlı razılığa gəlmək üçün hər iki tərəfin güzəştə getməsi lazım olduğunu bildirib. Putin qeyd edib ki, güzəştlər hər iki tərəfə uyğun olmalıdır.
Putin əvvəlki açıqlamalarında olduğu kimi, müharibəyə səbəb olan amillərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Rusiya lideri Ukrayna ilə sülh sazişindən əvvəl memorandumla bağlı danışıqlara hazır olduqlarını bəyan edib.
Razılaşma əldə olunarsa atəşkəsin mümkün olduğunu ifadə edən Putin, sülhlə bağlı doğru yolda olduqlarını ifadə etdi.
Aytən Yaşar/ Turkustan.az