Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı


Ukrayna nümayəndə heyətinin tərcüməçisi Oleq Qolovko Rusiya ilə danışıqlar başa çatmamış İstanbulu tərk edib və naməlum istiqamətdə yoxa çıxıb.

Turkustan.az xəbəer verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, Qolovko Türkiyəyə Ukrayna müdafiə naziri Rüstəm Umerovun komandasının tərkibində gəlib:

“Danışıqlar zamanı elan olunmuş fasilədən istifadə edən tərcüməçi olduğu yeri tərk edərək naməlum istiqamətə yola düşüb. Yeni mütəxəssis tapmaq üçün nümayəndə heyəti fasiləni 15 dəqiqə uzatmalı olub. Qolovko İstanbul hava limanı vasitəsilə ölkəni tərk etməyib. Güman edilir ki, həmin şəxs marşrutunu müəyyən etmək çətin olsun deyə, Türkiyə-Bolqarıstan sərhədini avtomobillə keçib”.

Qeyd olunub ki, O.Qolovko 2023-cü ildən Rüstəm Umerovun komandasında çalışır.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ