İsrailin Qəzzanı işğalını genişləndirəcəyini açıqlamasının ardından; Fransa, Böyük Britaniya və Kanada birgə bəyanat imzalayıb.
Turkustan.az xəbər verir ki, bəyannamədə İsrailin hücumlarını genişləndirmək qərarından geri çəkilməsi tələb edilib və Qəzzada humanitar vəziyyətin dözülməz həddə çatdığı vurğulanıb.
İsrailin Qəzzaya müəyyən miqdarda ərzaq göndərmə qərarının yetərli olmadığı bildirilib və İsraildən hücumlarını dayandırması və Qəzzaya ərzaq daşınmasını mümkün etməsi istənilib.
Bəyanatda İsrail hökuməti üzvlərinin iyrənc bəyanatlarına da diqqət çəkilib.
Bəyannamədə qeyd olunub ki, İsrail hücumlarını dayandırmasa, buna cavab olaraq konkret addımlar atılacaq.
Aytən Yaşar/ Turkustan.az