Lavrov: Qərb "qəhvəyi vəba"dan immunitetini itirir


Hazırda bir sıra Qərb ölkələri İkinci Dünya Müharibəsindən sonra inkişaf etdirdikləri “qəhvəyi vəba”dan immunitetini itirirlər.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun (SPILF) iştirakçılarına videomüraciətində deyib.

“Təəssüf ki, bu gün bir sıra Qərb ölkələri müharibənin gətirdiyi iztirablar və bədbəxtliklər nəticəsində yaranmış “qəhvəyi vəba”dan immunitet qalıqlarını itirir. BMT Nizamnaməsinin dövlətlərin suveren bərabərliyi, onların daxili işlərinə qarışmaması kimi əsas prinsiplərinə əməl edilməməsi bir bəladır”.

Nazir Qərbin “Nürnberq Tribunalının nəticələrinə məhəl qoymamasını, o cümlədən nasist işbirlikçilərinin şərəfləndirilməsini” xəyanət və nasizmin saysız-hesabsız qurbanlarının xatirəsinə təhqir adlandırıb. "Tarixi saxtalaşdırmaq, nasist cinayətkarlarını və onların əlbirlərini izzətləndirmək cəhdlərinə qarşı birgə mübarizəni davam etdirmək, İkinci Dünya Müharibəsinin beynəlxalq səviyyədə tanınmış nəticələrinə yenidən baxılmasına qəti şəkildə qarşı çıxmaq lazımdır. Sevindirici haldır ki, dünya birliyi üzvlərinin böyük əksəriyyəti bu məsələdə bizimlə həmrəydir. Rusiya tərəfindən BMT-nin ümumi qətnamə layihəsi üzrə illik səsvermənin nəticələri kimi. Nasizmin vəsf edilməsi buna sübutdur”, - deyə, Lavrov yekunlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ