ABŞ prezidenti Donald Tramp Qəzza zolağında insanların aclıqdan öldüyünü bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Yaxın Şərq turunun son ayağında Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) tərk etməzdən əvvəl Amerikanın Fox News kanalı ilə Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyaya qarşı sanksiyaların ləğvi kimi məsələləri müzakirə edib.
Yaxın Şərq turu zamanı görüşdüyü üç liderin Qəzzada insanların qidaya çıxışı olmayan məsələsini gündəmə gətirdiyini bildirən Tramp Qəzzada insanların aclıqdan öldüyünü bildirib.
"Mən bu məsələ üzərində işləməyə başladım. Bu, dərin problemdir, lakin biz bunu həll edəcəyik"-deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az