Kremldən sabah İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlama verilib.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin cümə axşamı İstanbulda olacağını bildirib.
3 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinin “İstanbulda danışıqlara yenidən başlamaq” təklifi ilə bütün gözlər Türkiyəyə çevrildi. Sabah İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında tərəflər bir-birinin ardınca bəyanatlar versələr də, kimin iştirak edəcəyi məsələsi hələ də qaranlıq olaraq qalır.
Bildirək ki, Peskov Rusiya nümayəndə heyətinin Ukrayna ilə birbaşa sülh danışıqları üçün cümə axşamı İstanbulda olacağını deyib, lakin Moskva tərəfdən kimin iştirak edəcəyini açıqlamayıb. Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin nümayəndə heyətinin açıqlanmasını tələb etdikdə, bu barədə məlumat veriləcək.
Peskov Putinin İstanbulda sülh danışıqları təklifinin etibarlı olduğunu və Rusiya nümayəndə heyətinin ukraynalı həmkarlarının gəlməsini gözləyəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az