Ərdoğan NATO-nun baş katibi Rutteni qəbul etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni qəbul edib. Görüşdə Türkiyə-NATO əlaqələri, Ukrayna-Rusiya müharibəsi ilə bağlı inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib.

Turkustan.az xəbər verir ki, Prezident Kompleksində keçirilən qəbul mətbuata qapalı keçirilib.

Qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Prezident Ərdoğan NATO-nun baş katibi Rutteni qəbul etdikdən sonra Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsindən açıqlama verilib.

Açıqlamaya görə, görüşdə Türkiyə-NATO əlaqələri, Ukrayna-Rusiya müharibəsi ilə bağlı inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ