Mayın 9-da Moskvada keçirilən Qələbə paradında Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun yanında əyləşməsi ilə bağlı müzakirələr davam edir.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti Belarus mənbələrinə istinadla yazıb.
Erməni nəşri bildirib ki, Paşinyan və Lukaşenko arasında münasibətlər çoxdan pisdir:
“Hər iki tərəf mütəmadi olaraq bir-birinə qarşı bəyanatlar verir, demək olar ki, diplomatik təmaslar dayandırılıb. Amma Moskvada guya əlifba sırasını nəzərə alaraq Paşinyan həm konsertdə, həm də paradda Lukaşenkonun yanında əyləşib. Bəzi hallarda Belarus prezidenti Paşinyana nəsə deməyə çalışırdı. Yayılan görüntülərdə Paşinyanın Belarus prezidentini böyük həvəslə dinlədiyi görünür.
Belarus mətbuatı Nikol Paşinyan və Aleksandr Lukaşenkonun nədən danışdıqlarını öyrənməyə çalışıb.
Belarus mənbələrinin məlumatına görə, Lukaşenko Paşinyandan paradda iştirak üçün niyə hərbi kontingent göndərməməsinin səbəbini soruşub.
“Bura oturmağa gəlmisən, başqa nə edəcəksən? Azərbaycan hərbi kontingenti keçərkən alqışlayırsınız, bəs siz? Kontingent göndərmədiniz, yaxşı olmazdımı ki, indi sizin erməni qoşununuz buradan keçsəydi, qürurla alqışlayardınız, xüsusən də Sovet İttifaqının tərkibində qələbə uğrunda mübarizədə iştirak etmiş ölkə olduğunuz üçün?” , – Lukaşenko bildirib.