Kelloq: Putin İstanbula gəlsə, Tramp da orada olacaq


"Ümid edirik ki, prezident Putin İstanbula gələcək, sonra prezident Tramp da orada olacaq. Onunla çox yaxşı görüş ola bilər".

Turkustan.az xəbər verir ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq Fox Business kanalında iştirak etdiyi proqramda Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı açıqlamalar verib.

"Deyə bilərik ki, bu, onların danışıqlar aparmalı olduqları sahələrdir. Onlar bu mövzular haqqında danışmalıdırlar. Prezident Zelenski orada olacaq və əgər Putin gəlsə, məncə, biz razılaşmaya çoxlarının düşündüyündən qat-qat yaxınıq. Bizim görəcəyimiz ilk şey, əlbəttə ki, atəşkəsdir", - Kelloq deyib.

Kelloq atəşkəs olmadan sülh danışıqlarının aparıla bilməyəcəyini və İstanbula getməyə hazır olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ