Rusiya prezidenti Vladimir Putin Rusiya şirkətlərinin yeni sanksiyalara hazır olması lazım olduğunu söyləyib.
Turkustan.az xəbər verir ki, Putin paytaxt Moskvada “Delovaya Rossiya” təşkilatının rəsmiləri ilə görüşündə danışıb.
Rusiya iqtisadiyyatının keçən il xarici təzyiqlərə baxmayaraq yüzdə 4,3 böyüdüyünə diqqət çəkən Putin, yüksək inflyasiyanın əsas problemlərdən biri olaraq qaldığını bildirib.
İqtisadiyyatı dayandırmadan inflyasiyanı yavaşlatmağın asan iş olmadığını deyən Putin, "Yumşaq eniş təmin edilməlidir" deyib.
Mümkün yeni sanksiyalardan qorxmağa ehtiyac olmadığını vurğulayan Putin: "Qorxmağa başlayanlar dərhal uduzur. Nələrin ola biləcəyini anlamaq mütləq lazımdır. Baş verə biləcəklərə hazır olmalıyıq" deyə, bildirib.
Qərb şirkətlərinin Rusiya bazarına mümkün qayıdışı ilə bağlı Putin bildirib ki, Rusiya onun maraqlarına uyğun olmayan şirkətlərin yenidən bazara daxil olmasına imkan verməyəcək.
Rusiyaya qarşı fəaliyyət göstərən şirkətlərə fərqli yanaşmaq lazım olduğunu müdafiə edən Putin: “Rusiyaya dönmək üçün Qərb şirkətlərinin üzr istəməsi kifayət etməyəcək” deyə, əlavə edib.
Ukraynada davam edən münaqişəyə münasibət bildirən Putin, hər ay təxminən 50-60 min insanın Rusiya ordusu ilə könüllü olaraq müqavilə imzaladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az