Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Turkustan.az Bəhruz Əhmədovun dosyesini təqdim edir:
Bəhruz Əmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru vəzifələrində çalışıb.
O, 2018-ci ilin noyabrında Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.
2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə Bəhruz Əhmədov təyin edilib./Bizim.Media