Trampın İstanbula səfəri ilə bağlı ABŞ-dan açıqlama


Reuters xəbər agentliyi üç ABŞ mənbəsinə istinadən xəbər verir ki, Rusiya və Ukrayna arasında cümə axşamı İstanbulda keçiriləcək görüşdə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff və Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq iştirak edəcək.

Turkustan.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar masası arxasında ölkələrin iştirak səviyyəsi hələ dəqiqləşdirilməyib.

Ukrayna lideri Zelenski İstanbulda Rusiya nümayəndə heyəti ilə deyil, Rusiya lideri Putinlə görüşəcəyini açıqlasa da, Kreml Rusiyadan kimin qatılacağına Putinin qərar verəcəyini və bu qərarın istədiyi vaxt açıqlanacağını açıqlayıb.

ABŞ prezidenti Tramp isə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətəri əhatə edən üç günlük Körfəz turundan əvvəl danışıqlara töhfə verəcəyini düşünsə, cümə axşamı İstanbula gələ biləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ