Pakistan: Biz razılaşmaya əməl edəcəyik


Pakistan Xarici İşlər Nazirliyi Sindoor əməliyyatı və atəşkəslə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, İki ölkə arasında atəşkəsin “vasitəçi qismində çıxış edən dost ölkələrin töhfəsi ilə” əldə edildiyi bildirilən bəyanatda əlavə edilib: “Pakistan bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasına əməl etmək və regional sabitlik üçün lazımi addımları atmaqda qərarlıdır”.

Pahalqam terror hücumunun "heç bir sübut olmadan Pakistanı günahlandırmağa cəhd edildiyi" və Hindistanın "hərbi əməliyyatını qanuniləşdirmək" üçün bir bəhanə kimi istifadə etdiyi iddia edildi.

"Hindistanın mövqeyinin bölgədəki sabitliyi sarsıtdığına" diqqət çəkən bəyanatda Pakistanın Hindistana verdiyi cavabın "qanuni müdafiə hüququna uyğun" olduğu qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ