İsrail mediası ordunun Yəməndəki hücumlarını genişləndirməyi və İrandakı bəzi hədəfləri vurmağı planlaşdırdığını bildirib.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti adı açıqlanmayan təhlükəsizlik mənbələrinə istinad edərək İsrailin Yəməndə husilərə qarşı hücumlarına “heç bir məhdudiyyət” olmayacağını deyib.
“İran Yəmənlə qarşılıqlı hücumlardan zərərsiz çıxmayacaq”- Təl-Əviv rəhbərliyinin Husilərin “İran istehsalı” olduğunu iddia etdiyi raketlərə cavab olaraq İranı hədəf almağı planlaşdırdığı qeyd edilib.
Xəbərdə İsrail təhlükəsizlik mənbələrinə istinadən bildirilib ki, Təl-Əviv hazırda İrandakı hədəflərə birbaşa zərbələr endirmək variantlarını dəyərləndirir və Yəməndə raket buraxılış meydançalarına və infrastruktura hücumlarını gücləndirməyi planlaşdırır.
İsrailin müdafiə naziri Yisrael Katz Yəməndən atılan raketdən sonra husilərə qarşı şiddətli hücumlarla hədələyib.
Aytən Yaşar/ Turkustan.az