Ehtiyatda olan hərbçiləri toplayırlar


Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı 3 iyun – 22 avqust tarixləri arasında keçiriləcək.

Turkustan.com xəbər verir ki, bu barədə qərar 8 mayda Ermənistan hökumətinin iclasında qəbul olunub.

Toplanışların keçirilməsi ehtiyatda olan hərbi qulluqçuların bacarıqlarının təkmilləşdirilməsi, yenidən hazırlığı və ümumi hazırlıq səviyyəsinin artırılması zərurəti ilə əsaslandırılıb. Hər bir ehtiyatçının toplanışı 25 təqvim günündən artıq olmayacaq.


MANŞET XƏBƏRLƏRİ