İngiltərə kralı III Çarlzın oğlu, Sasseks hersoqu Şahzadə Harri ailəsi ilə barışmaq istəyir.
Turkustan.az xəbər verir ki, Kral ailəsi ilə yaşadığı problemlərdən sonra ABŞ-da yaşamağa başlayan şahzadə Harri məhkəmənin ona verilən polis mühafizə səviyyəsini azaltma qərarından sonra BBC-yə danışıb.
Şahzadə Harri, ailəsi ilə münasibətləri ilə bağlı qiymətləndirmələr edərək: "Mənimlə bəzi ailə üzvlərim arasında çoxlu fikir ayrılıqları var idi" dedi.
O, kral ailəsini bağışladığını, lakin 2023-cü ildə yazdığı xatirələrə görə ailəsinin onu bağışlamadığını söylədi.
Harri deyib: "Ailəmlə barışmaq istəyirəm. Mübarizəni davam etdirməyin mənası yoxdur. Həyat çox qiymətlidir. Atamın (Kral Çarlz) nə qədər yaşayacağını bilmirəm, amma bu qoruma məsələsinə görə mənimlə danışmayacaq. Barışmaq yaxşı olardı".
Aytən Yaşar/ Turkustan.az